İraqda silsilə partlayışlar
Kateqoriya məlum deyil
İraqın paytaxtı Bağdadda silsilə partlayışlar törədilib.
AzVision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər ölüb, 38 nəfər isə yaralanıb.
Partlayış paytaxtın mərkəzi hissəsində Əs-Sinek rayonunda alış-veriş yerlərindən birində törədilib.
Partlayışın məsuliyyətini hələlik üzərinə götürən yoxdur.






