“AzeriLight”ın qiyməti kəskin artdı
10:12 / 29.12.2016
1196
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 1,69 dollar, yaxud 3,05% bahalaşıb.
"AzeriLight” markalı neftin bir barelinin qiyməti ötən həftənin sonu və dünən olduğu kimi 57,11 dollara bərabər olub.
Xatırladaq ki, "AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.