"Ukrayna tutulan torpaqların Rusiyada qalmasına razılıq verəcək və qalan əraziləri..." - AÇIQLAMA

"Ukrayna tutulan torpaqların Rusiyada qalmasına razılıq verəcək və qalan əraziləri..." - AÇIQLAMA

“Ukrayna sonda alyansa üzv olacaq, lakin bunun nə vaxt baş verəcəyini hələlik dəqiq söyləmək çətindir”. Bunu NATO-nun Baş katibi Mark Rutte "The Guardian" qəzetinə müsahibəsində deyib. Rutte Ukraynanın alyansa daxil olmasının vaxtı ilə bağlı sualı cavablandırmayıb: “Aydındır ki, bu, mənim cavab verə biləcəyim sual deyil”. Eyni zamanda o, Rusiyanın bu qərara səs və ya veto hüququna malik olmadığını  bildirib.

 

Bu konteksdə maraqlıdır, yaxın zamanda Ukraynanın NATO-ya üzv olması gözlənilirmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki,  Şərqi Avropada müharibənin başlanmasının əsas səbəbi rəsmi Kiyevin Alyansa mümkün üzvlüyü olub. 

 

“NATO-nun şərqə doğru genişlənmə niyyətindən narahat olan Rusiya Ukraynaya hərbi müdaxilə etdi.  Bundan sonra proseslərin inkişafı göstərdi ki, sadəcə oyun qurulub. Konkret olaraq indiki anda rəsmi Kiyevin Alyansa üzvlüyü daha çətindir, nəinki müharibədən əvvəl. Çünki indi Ukraynada müharibə gedir. NATO-nun qaydalarına görə, ərazisində döyüş gedən ölkənin alyansa üzvlüyü mümkün deyil. Hətta bu mümkün olsa da, indi Ukraynanın təşkilata qoşulması NATO- Rusiya savaşının başlanması deməkdir. Alyans ölkələri üçün bu, arzuolunan deyil”.

 

Şərhçi qeyd etdi ki,  Ruttenin dediyi kimi, Ukrayna nə vaxtsa NATO-ya üzv ola bilər, amma bununla bağlı indidən tarix proqnozlaşdırmaq mümkün deyil:

 

“Çünki bu, birbaşa olaraq müharibənin nə vaxt bitəcəyindən asılıdır. Savaşın nə vaxt başa çatacağı isə qeyri- müəyyəndir. Perspektivdə Ukraynanın NATO və Rusiya arasında bölünməsi istisna deyil. Ola bilsin ki, vaxtı çatanda bunu Qərb ölkələri müəyyənləşdirəcək - Ukrayna tutulan torpaqların Rusiyada qalmasına razılıq verəcək və qalan əraziləri ilə Alyansa üzv olacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Sabah bu ərazilərdə qaz olmayacaq

Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksək təzy...

Millət vəkili Arzu Nağıyev Azərbaycanın yeni dövr prioritetlərindən danışdı -MÜSAHİBƏ

Postmüharibə dövrü Azərbaycanın təhlükəsizlik siyasətində yeni bir dönüş nöqtəsidir. İkinci Qarabağ müharibəsinin nəticələri, həm ölkə daxilində, həm də be...

Mehriban Əliyeva No Fon Li ilə görüşdü - FOTO

Mayın 7-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş...

İlham Əliyev və To Lam birgə bəyanatla çıxış etdilər

İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.   Sf...

“Milli Konstitusiyadan tam Suverenlik zirvəsinə: Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru” - FOTO

Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Milli Konstitusiyadan tam Suverenlik...

Bayramov Bağdadda Məşhədani ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bağdadda İraq Nümayəndələr Şurasının sədri Mahmud əl-Məşhədani ilə görüşüb.   Sfera.az xəbər verir ki,...