ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib - FOTOLAR

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib - FOTOLAR

Mayın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.


Sfera.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolu, xüsusilə müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi, eləcə də müasir Azərbaycan dövlətinin inkişafı və dövlət quruculuğu sahəsindəki xidmətləri misilsizdir. Rektor qeyd edib ki, Ulu Öndərin dövlət idarəçiliyinə gətirdiyi sistemlilik, çeviklik və uzaqgörənlik prinsipləri bu gün müasir Azərbaycan dövlətçiliyinin əsas təməlini təşkil edir.


Rüfət Əzizov çıxışında Ümummilli Liderin təhsilin inkişafına daim xüsusi diqqət göstərdiyini də vurğulayıb. O qeyd edib ki, Azərbaycanda ixtisaslı kadrların hazırlanması, eləcə də Sovet dövründə Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclərin xaricdə təhsil almasına yaradılan şərait, müstəqillik illərində bu ənənənin davam etdirilməsi ölkənin elmi və texniki inkişafında mühüm rol oynayıb.


Rektor əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal altındakı torpaqların 44 gün ərzində azad edilməsinin təməlində də məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi kursu və bu siyasi xəttin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə və dinamik şəkildə davam etdirilməsi dayanır. Təsadüfü deyildir ki, bu gün Azərbaycan nəinki regionda, həm də dünyada güclü, qalib və abad dövlət kimi tanınır.


Daha sonra çıxış edən Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Ümummilli Lider Heydər Əliyevin xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Deputat vurğulayıb ki, Heydər Əliyev gənclərin milli-mənəvi dəyərlərə əsaslanan, savadlı və vətənpərvər ruhda formalaşmasına xüsusi önəm verib. Onun rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti Azərbaycan cəmiyyətində sağlam, fəal və məsuliyyətli vətəndaşların yetişməsində mühüm rol oynayıb.


Şahin İsmayılov qeyd edib ki, Azərbaycanda dövlətçilik ənənələrinin formalaşması, hüquqi və demokratik dövlət quruculuğunun əsaslarının qoyulması Ulu Öndərin adı ilə bağlıdır. Bu dövlətçilik ənənələri bu gün də ölkənin inkişaf yolunu müəyyən edən əsas ideoloji dayaq kimi aktuallığını qoruyur.
Tədbirdə Ümummilli Liderin həyat və siyasi fəaliyyətinə dair sənədli film nümayiş etdirilib. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş esse müsabiqəsinin qalibləri elan olunub. 


Sonda Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən Ümummilli Liderə həsr olunmuş tamaşa nümayiş etdirilib. Tamaşa iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
 


OXŞAR XƏBƏRLƏR

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...