"Qalatasaray"ın sabiq futbolçusu həbs olundu - FOTO


"Qalatasaray"ın sabiq futbolçusu həbs olundu - FOTO

Keçmiş Türkiyə millisinin futbolçusu Ümit Karan "təqib səviyyəsində sadə cinsi təcavüz" ittihamı ilə 1 il 8 ay həbs cəzasına məhkum edilib.

 

Sfera.az xəbər verir ki, İstanbul Regional Ədliyyə Məhkəməsinin 20-ci Cəza Kollegiyası tərəfindən verilən hökm qəti sayılıb və sabiq futbolçu Metris həbsxanasına göndərilib.

 

Hadisənin 2015-ci ildə Karanın yaşadığı mənzildə baş verdiyi bildirilir. İttihama görə, o, evində mühafizəçi kimi çalışan İ.A.-ya qarşı qeyri-qanuni davranış sərgiləyib. İlk məhkəmə dəlil çatışmazlığı səbəbilə Karanı bəraətə layiq görsə də, apellyasiya məhkəməsi bu qərarı ləğv edərək yeni hökm çıxarıb.

 

Hökmün icrası üçün bu gün Bakırköy Ədliyyəsinə təslim olan Ümit Karan prosedurların tamamlanmasının ardından Metris həbs müəssisəsinə yerləşdirilib.

 

Məhkəmə prosesində özünü müdafiə edən keçmiş futbolçu ittihamları qəbul etməyib və bəraət istəyib.
 

Onun vəkili də qərarın yenidən qiymətləndirilməsi üçün hüquqi yollardan istifadə edəcəyini bildirib.

 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...