Zelenski: Ukrayna üzrə ikinci sülh sammiti noyabrda baş tutacaq
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəsinin həlli üzrə ikinci görüş noyabrda keçiriləcək.
Sfera.az xəbər verir ki, çərşənbə axşamı Ukrayna Prezidentinin Aparatının müşaviri Daria Zarivnaya Ukrayna üzrə “sülh sammiti”nin noyabrda keçirilməyəcəyini bildirib, lakin o qeyd edib ki, bu aya qədər hər şey tədbirə hazır olmalıdır.
"Növbəti "sülh sammiti" noyabrda olmalıdır, plan masada olacaq. İndi heç kim tarixi bilmir, amma biz hər şeyi hazırlayacağıq", - Ukrayna dövlət başçısı fransız həmkarı ilə danışıqlardan sonra deyib.
Ukrayna üzrə ilk “sülh sammiti” iyun ayında Bürgenstokda keçirilib. Bu konfransı təşkil edən İsveçrə Rusiyaya dəvət göndərməyib. Bir sıra digər ölkələrin, o cümlədən Çinin nümayəndə heyətləri tədbirdə iştirak etməyib.
İnci
Sfera.az