Firudin Qurbanov Şuşa, Xankəndi və Xocalı məktəblərində oldu- FOTOLAR

Firudin Qurbanov Şuşa, Xankəndi və Xocalı məktəblərində oldu- FOTOLAR

Bu gün elm və təhsil nazirinin müavini Firudin Qurbanov Şuşa şəhəri 1 nömrəli, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli və Xocalı şəhəri 1 nömrəli tam orta məktəblərə baş çəkib. 

 

Sfera.az xəbər verir ki, səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən təhsil ocaqlarında yaradılmış şəraitlə tanış olmaq, məktəb kollektivi ilə görüş keçirmək olub. 

 

Nazir müavini sözügedən məktəblərdə tədris prosesini izləyib, şagird və müəllimlərlə səmimi söhbət aparıb.

 

Görüşlər zamanı məktəbin idarə olunması və tədris prosesinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, müəllimlərin təklif və fikirləri dinlənilib, qarşıdakı məqsədlər müzakirə olunub.

 

Firudin Qurbanov səfəri zamanı bu ərazilərdə yaşayan şagirdlərin yüksək keyfiyyətli təhsil alması üçün həyata keçirilən işlərlə tanış olub və təhsil şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq göstərişlər verib.

 









OXŞAR XƏBƏRLƏR

Rusiya və Türkiyə arasında gərginlik yaranıb? - AÇIQLAMA

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili arasında görüş baş tutub. Daşkənd Konqres Mərkəzində ke...

Mövqelərimiz intensiv atəşə tutuldu

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub.   Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat y...

“Bazarstore”dan möhtəşəm “5 Gün kampaniyası” sizi gözləyir

“Bazarstore” “Möhtəşəm 5 Gün” kampaniyası ilə müştərilərini sevindirməyə davam edir. 9-13 aprel tarixləri arasında keçiriləcək kampaniya...

2025-2030-cü illərdə nələr baş verəcək? - Uzaqgörənlərin proqnozları

Gələcəyə dair proqnozlar insanları həmişə maraqlandırıb. Müxtəlif kahinlər və uzaqgörənlər, bəzən çox qəribə və mürəkkəb şəkildə gələcəkdə baş verə biləcək hadi...

Eldar Əzizov Məmməd Qasımova yüksək vəzifə verdi

Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinə yeni müdir təyin olunub.    Sfera.az xəbər verir ki,  İcra H...

Hərbçimiz Lənkəranda dəfn olundu - FOTOLAR

Cəbrayılda sursat partlayışı nəticəsində həlak olan hərbçi Lənkəranda dəfn olunub.   Sfera.az APA-ya istinadən xəbər verir ki, şəhid hərbçi Lənkəran ...