Bayramov BMT Baş katibinin müavinini qəbul edib- FOTOLAR


Bayramov BMT Baş katibinin müavinini qəbul edib- FOTOLAR

Xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş katibinin müavini Amina Mohammed arasında görüş keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

 

Görüş zamanı, Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar hazırlıq prosesləri, Azərbaycanın COP29 sədrliyinin prioritetləri müzakirə olunub.

 

Azərbaycanın çoxtərəfli diplomatiyada, eləcə də BMT təsisatlarında rolunun əhəmiyyətinə diqqət çəkən BMT Baş katibinin müavini, ölkəmizin COP29-un təşkil olunması istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirib. Bununla yanaşı, sülh və təhlükəsizlik, yeni texnologiyalar, gələcəyin maliyyə arxitekturası kimi elementlərin də əks olunduğu Gələcəyin Sammiti zamanı qəbul edilmiş yekun sənədin vacibliyi vurğulanıb.

 

Tərəflər daha sonra, ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri nəzərdən keçirərək, bu işdəki əhəmiyyətli proqresi məmnunluqla qeyd ediblər.

 

Nazir C.Bayramov Azərbaycanın sədrlik etdiyi COP29 çərçivəsində aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verərək, iqlim dəyişmələri ilə mübarizədə tələb olunan maliyyə vəsaitinin qarşılanması üçün yeni kəmiyyət maliyyə hədəfi müəyyənləşdirilməsinə çalışıldığı, bunun üçün konsensusun əhəmiyyətini diqqətə çatdırıb. Tərəflər bu istiqamətdə BMT və beynəlxalq maliyyə təsisatlarının dəstəyinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, COP29 sədrliyi tərəfindən müxtəlif istiqamətlərdə irəli sürülən 14 təşəbbüsə dəstək barədə məlumat verilib.

 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 



OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Moskva paradında iştirak etməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev 9 May paradında iştirak üçün Moskvaya səfər etməyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin k...

Rəsmi qarşılama mərasimindən- FOTOLAR

Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın bu gün rəsmi qarşılanma mərasimi...

Sabah bu ərazilərdə qaz olmayacaq

Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksək təzy...

Millət vəkili Arzu Nağıyev Azərbaycanın yeni dövr prioritetlərindən danışdı -MÜSAHİBƏ

Postmüharibə dövrü Azərbaycanın təhlükəsizlik siyasətində yeni bir dönüş nöqtəsidir. İkinci Qarabağ müharibəsinin nəticələri, həm ölkə daxilində, həm də be...

Mehriban Əliyeva No Fon Li ilə görüşdü - FOTO

Mayın 7-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş...

İlham Əliyev və To Lam birgə bəyanatla çıxış etdilər

İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.   Sf...