"Bu tarixdən "Vahid tələbə kartı"nın verilməsinə başlanılır" - RƏSMİ

"Bu tarixdən "Vahid tələbə kartı"nın verilməsinə başlanılır" - RƏSMİ

"Oktyabrın 15-dən Azərbaycanda tələbələrə "Vahid tələbə kartı"nın verilməsinə başlanılır. Tələbə plus kartının ilkin mərhələdə 170 min tələbəyə, əsasən Elm və Təhsil Nazirliyinə tabe olan müəssisələrin tələbələrinə verilməsi nəzərdə tutulub. Növbəti mərhələlərdə isə digər bütün ali təhsil müəssisələrinin tələbələrinə veriləcək".

 

Sfera.az bildirir ki, bunu Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov jurnalistlərə açıqlamasında deyib.

 

O qeyd edib ki, kartların təqdim edilməsinə oktyabrın 15-dən başlanacaq: 

 

"Vahid tələbə kartı"nın ilkin olaraq 11 universitetdə təhsil alan tələbələrə təqdim edilməsi nəzərdə tutulub. Sonrakı mərhələdə bu kartlar digər universitetlərə də şamil olunacaq. Tələbə kartları tələbələr üçün xüsusi endirimləri, müxtəlif sahələrdə onların rahat istifadəsini nəzərdə tutur. Gələcəkdə isə bu, nəqliyyat, sosial və s. kimi xidmətlərə də şamil ediləcək".

 

Qeyd edək ki, "Vahid tələbə kartı" hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Fransa- Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və  Azərbaycan Dillər Universitetinin tələbələrinə verilir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən böyük ağzına sahib qadın bacardığı möcüzələri göstərdi - FOTOLAR

Ginnesin Rekordlar Kitabının rəsmi saytı həm təəccüb, həm də heyranlıq doğuran kateqoriyada yeni dünya nailiyyətinin qeydə alındığını elan edib.   Sf...

Cennifer Lopezin yeni eşq macərası başlayır? - FOTOLAR

55 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopezin yenidən eşq yaşadığından şübhələnmək üçün paparassilərin əlinə əsaslı faktlar keçib. Belə ki, J.Lo Brett ...

Mişel Obama boşanma şayiələrinə münasibət bildirib

Keçmiş birinci xanım radio proqramlarının birində evliliyi barədə açıqlamalar verib.     Sfera.az bildirir ki, Mişel Obama boşanma şayiələrin...

Saxta epidemiya ilə 8000 nəfəri xilas edən həkimin hekayəsi: Eugene Lazowski

Müharibə qəhrəmanlığı bəzən səssiz, görünməz, tibbi iynənin ucuna yazılır. Polşalı həkim Eugene Lazowski minlərlə insanın həyatını xilas edərək adını tarixə yaz...

Zaman anlayışı olmayan, mağarada yaşayan insan elm aləmini heyrətləndirdi - FOTO

Heç düşünmüsünüzmü ki, xarici aləmdən tamamilə kəsildiyiniz, saatların, günəş işığının və təqvimlərin olmadığı bir yerdə nə qədər dayana bilərsiniz? Fransız ali...

Suqovuşanda oğul anasını BIÇAQLADI

Ağdərə rayonunda bıçaqlanma hadisəsi olub. Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suqovuşan kəndində baş verib. Məlumata görə, Ələkb...