İsrailin Livana qarşı başlatdığı quru əməliyyatına REAKSİYALAR

İsrailin Livana qarşı başlatdığı quru əməliyyatına REAKSİYALAR

Xəbər verdiyimiz kimi, İsrail Livanın cənubunda quru əməliyyatına başlayıb. Bəzi ölkələr İsrail əsgərlərinin Livana daxil olması ilə bağlı açıqlamalar verib.

 

Sfera.az xəbər verir ki, onlar hücumu pisləyərək tərəfləri dialoqa çağırıblar. 

 

Belə ki, Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Livana qurudan hücumunu "işğal cəhdi" kimi qiymətləndirib və İsrail əsgərlərinin Livan ərazisindən geri çəkilməli olduğunu bəyan edib.

 

Rusiya İsrailin Livandakı hərbi fəaliyyətləri və Suriyanın paytaxtı Dəməşqə hücumundan dərin narahatlığını ifadə edib. Moskva İsrailin Livana qurudan hücumlarını kəskin şəkildə pisləyib və Təl-Əvivi qoşunlarını çıxarmağa və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

 

İtaliya hökuməti bəyan edib ki, G7-nin prezidenti kimi Yaxın Şərqdə münaqişələrin azaldılması istiqamətində fəaliyyətini davam etdirəcək. İspaniyanın xarici işlər naziri Xose Manuel deyib ki, İsrailin Livandakı quru hücumu dərhal dayandırılmalıdır. 

 

İsveçrə Livandakı vəziyyətin gərginləşməsindən dərin narahatlığını ifadə edib və münaqişə tərəfləri arasında dialoqa və gərginliyin azaldılmasına çağırıb. Birləşmiş Millətlər Təşkilatının Humanitar Ofisinin sözçüsü Yens Laerke bütün tərəfləri dərhal gərginliyi azaltmağa çağırıb.

 

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasından (IFRC) Cristhian Cortez Livandakı vəziyyətin humanitar böhrana çevrildiyini bildirib.Birləşmiş Millətlər Təşkilatının Livan üzrə Xüsusi Koordinatoru Janin Hennis Plassxart zorakılığın bütün Livanda və Mavi Xəttdən kənarda hücumlarla təhlükəli səviyyələrə çatdığını söyləyib. Hennis Plassxart əlavə edib ki, bu zorakılıq dövrü heç kim üçün yaxşı bitməyəcək.

 

"Polşa Beyrutdakı səfirliyində çalışan işçilərin sayını məhdudlaşdıracaq və Varşava Livanı tərk etmək istəyən Polşa vətəndaşları üçün nəqliyyat təşkil edəcək", -  Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski bildirib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR