Azərbaycanda sükan arxasında elektron siqaret çəkənlər cərimələnəcək? - AÇIQLAMA

Azərbaycanda sükan arxasında elektron siqaret çəkənlər cərimələnəcək? - AÇIQLAMA

Hazırda Rusiyada avtomobili idarə edən zaman yalnız telefondan istifadə qadağan edilir. Rusiya Nəqliyyat Nazirliyi təklif edib ki, belə bir qadağa əllə istifadə edilən bütün cihazlara şamil olunsun. Konkret olaraq qadağanın elektron siqaret və “vape”lərdən (elektron siqaretin bir növüdür - red.) istifadəyə aid olması gözlənilir. Nazirlik bu kimi davranışlara görə, təxminən 5500 rubl (100 manat) cərimənin tətbiq edilməsini təklif edir.

 

Bəs bizdə də belə qanun tətbiq edilə bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, dünyanın bir çox ölkələrində yol təhlükəsizliyi ilə bağlı yanaşmalar dəyişir:

 

“Məsələn, Avropada, ümumiyyətlə, telefonu əldə saxlamaq özü belə məsuliyyət yaradır. Bizim qanunvericiliyə görə, telefonu istifadə etmək məsuliyyət yaradır, sadəcə əlində saxlamısansa, cərimə nəzərdə tutulmur. Buna görə də mübahisələr yananır. Polis sürücünü saxlayır, vətəndaş isə telefonla danışmadığını, sadəcə əlində tutduğunu iddia edir”.  

 

Ekspert qeyd edib ki, Azərbaycanda elektron və ya adi siqaretlərlə bağlı bir qanun yoxdur:

 

“Ən azından, elektron siqaret telefon kimi istifadə olunmur. Həm də digər siqaretə baxanda sükan arxasında heç bir təhlükəsi də yoxdur. Adi siqaretin külü qəflətən sürücünün gözünə düşə, diqqətini yayındıra bilər. Həmçinin sürücülər siqaretin kötüyünü küçəyə atıb yeri zibilləyirlər”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Növbəti iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 14-dən 15-i gün...

Türk aktrisa Londonda mühüm tədbirdən qovuldu - FOTO

Türkiyə əsilli televiziya ulduzu Ekin-Su Cülcüloğlu Londonda keçirilən BAFTA televiziya mükafatlandırma mərasimindən sonra rəsmi şam yeməyinə gizlicə daxil olma...

Fahriye Evcen 11 il sonra bunu etdi - FOTO

Ekranlardan bir müddət uzaq qalan məşhur aktrisa Fahriye Evcen sosial mediada nostaljik bir paylaşım ilə diqqətləri üzərinə çədib.   Sfera.az xə...

Magistratura imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq ...

Quruculuq işləri ilə erməni vandallığının izləri də Qarabağdan silinir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin doğum gününü  gözəl Qarabağımızda qeyd etdilər. Bərpa-quruculuq iş...

Oğurluğa görə cəza sərtləşdirilir

Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cəza sərtləşdirilir, bu əmələ görə azadlıqdan məhrumetmə iki ildən üç ilə qaldırılır.   Sfe...