Türkiyədə 2000 dollar maaşa çoban tapa bilmirlər - SƏBƏB
Türkiyədə çoban böhranı var. İnsanlar hətta 2 min dollar maaş və internet olmadan bu işdən imtina edirlər.
Sfera.az bildirir ki, insanlar internetə çıxışı olmadan qoyun otarmaqdan imtina edir. Sürü sahiblərindən hər ay əlavə ən azı 30 GB internet pulu da ödəmələrini istəyirlər.
Belə ki, Elazığda qoyun sahibləri çoban tapmaqda çətinlik çəkdiklərindən şikayətlənirlər. Aylıq 70 min türk lirəsi (təxminən 3500 Azn) maaş və pulsuz yemək, içki, mənzil və geyim təklif etmələrinə baxmayaraq, bu vəzifəyə işçi tapmaq faktiki olaraq mümkün deyil.
Yerli sürü sahibi Nurettin Çelenk bir vaxtlar 500 qoyunu olduğunu, lakin çoban tapa bilmədiyi üçün heyvanlarının çoxunu satmaq məcburiyyətində qaldığını deyib. Çoban tapmayan Çelenk qalan heyvanlara özü baxır. O deyir ki, əvvəllər çobanlar sadəcə maaş istəyirdilər, indi isə internet tələb edirlər.
Çobanlar internetə çıxış olmadan qoyun otarmaqdan imtina edirlər. Əsasən də sürü sahiblərindən “Tik Tok” izləmək üçün ən azı 30 GB mobil internet ödəmələrini istəyirlər.
Onu da əlavə edək ki, 70 min lirə maaş Türkiyə üçün kifayət qədər yüksəkdir. Belə ki, məsələn, bir hüquqşünas orta hesabla 15-56 min lirə, müəllim isə 13-15 min lirə maaş alır. Prokurorun maaşı 40-45 min lirə, əczaçının maaşı isə 30-100 min lirədir.
Xanım
Sfera.az