Müəllimlər üçün esse müsabiqəsinə start verildi

Müəllimlər üçün esse müsabiqəsinə start verildi

“Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun təşkilati dəstəyi və təşəbbüsü ilə “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinə start verilir.
 

Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, müəllim, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin pedaqoji irsinə həsr olunmuş müsabiqənin məqsədi müəllimlik üçün zəruri olan keyfiyyətlər – pedaqoji etika, empatiya və şəfqət duyğularının əhəmiyyətinin təbliği, müxtəliflik və inklüzivliyin, eləcə də peşəkar pedaqoji icma arasında tənqidi və yaradıcı düşüncə tərzinin təşviqidir.


Təhsilin istənilən pilləsində 2 il pedaqoji təcrübəyə malik olan müəllimlər müsabiqədə iştiraka dəvət olunurlar.
 

Müsabiqəyə ədəbi dilin bədii, elmi və ya publisistik üslublarından biri üzrə müəllimin öz peşəsinə baxışına dair istənilən mövzuda, yalnız Azərbaycan dilində yazılmış esselər qəbul ediləcək.
 

Müsabiqənin mükafat fondu 10 000 (on min) manat dəyərindədir:


I yer (bir nəfər) – 3 000 AZN
II yer (iki nəfər) – 2 000 AZN
III yer (üç nəfər) – 1 000 AZN


Müsabiqədə qiymətləndiriləcək esselərə dair tələblər və qiymətləndirmə meyarları ilə buradan tanış ola bilərsiniz. Müsabiqəyə təqdim edilən işlər tanınmış pedaqoq və təhsil mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
 

28 sentyabrdan start veriləcək müsabiqəyə esselərin qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə 1 dekabr 2024-cü il tarixinədək davam edəcək.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən böyük ağzına sahib qadın bacardığı möcüzələri göstərdi - FOTOLAR

Ginnesin Rekordlar Kitabının rəsmi saytı həm təəccüb, həm də heyranlıq doğuran kateqoriyada yeni dünya nailiyyətinin qeydə alındığını elan edib.   Sf...

Cennifer Lopezin yeni eşq macərası başlayır? - FOTOLAR

55 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopezin yenidən eşq yaşadığından şübhələnmək üçün paparassilərin əlinə əsaslı faktlar keçib. Belə ki, J.Lo Brett ...

Mişel Obama boşanma şayiələrinə münasibət bildirib

Keçmiş birinci xanım radio proqramlarının birində evliliyi barədə açıqlamalar verib.     Sfera.az bildirir ki, Mişel Obama boşanma şayiələrin...

Saxta epidemiya ilə 8000 nəfəri xilas edən həkimin hekayəsi: Eugene Lazowski

Müharibə qəhrəmanlığı bəzən səssiz, görünməz, tibbi iynənin ucuna yazılır. Polşalı həkim Eugene Lazowski minlərlə insanın həyatını xilas edərək adını tarixə yaz...

Zaman anlayışı olmayan, mağarada yaşayan insan elm aləmini heyrətləndirdi - FOTO

Heç düşünmüsünüzmü ki, xarici aləmdən tamamilə kəsildiyiniz, saatların, günəş işığının və təqvimlərin olmadığı bir yerdə nə qədər dayana bilərsiniz? Fransız ali...

Suqovuşanda oğul anasını BIÇAQLADI

Ağdərə rayonunda bıçaqlanma hadisəsi olub. Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suqovuşan kəndində baş verib. Məlumata görə, Ələkb...