Aşağı Alıxanlı kənd tam orta məktəbində ilk idman festivalı keçirildi - FOTO

Aşağı Alıxanlı kənd tam orta məktəbində ilk idman festivalı keçirildi - FOTO

Sentyabrın 25-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə nazirliyin Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin əməkdaşları, məşqçi-müəllimlər, fiziki tərbiyə müəllimlərindən ibarət heyətin Füzuli rayonuna səfəri təşkil olunub.
 

Səfər çərçivəsində Füzuli rayonu Ağamoğlan Cəbrayılov adına Aşağı Alıxanlı kənd tam orta məktəbinin pedaqoji kollektivi və şagirdləri ilə görüş keçirilib. Görüşdə gənc nəslin fiziki və mənəvi cəhətdən inkişafı, onların sağlamlığının təmin edilməsində idman və bədən tərbiyəsinin mühüm rol oynadığı vurğulanıb.
 

Daha sonra sözügedən məktəbdə baş tutan idman festivalı çərçivəsində məktəblilərin iştirakı ilə futbol, badminton idman növləri üzrə yarışlar keçirilib, TOPs proqramına uyğun estafet oyunları təşkil edilib, məktəblilərə hədiyyələr təqdim olunub.
 

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd təhsilalanlar arasında sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, vətənpərvərlik ruhunun yüksəldilməsindən ibarət olub.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən böyük ağzına sahib qadın bacardığı möcüzələri göstərdi - FOTOLAR

Ginnesin Rekordlar Kitabının rəsmi saytı həm təəccüb, həm də heyranlıq doğuran kateqoriyada yeni dünya nailiyyətinin qeydə alındığını elan edib.   Sf...

Cennifer Lopezin yeni eşq macərası başlayır? - FOTOLAR

55 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopezin yenidən eşq yaşadığından şübhələnmək üçün paparassilərin əlinə əsaslı faktlar keçib. Belə ki, J.Lo Brett ...

Mişel Obama boşanma şayiələrinə münasibət bildirib

Keçmiş birinci xanım radio proqramlarının birində evliliyi barədə açıqlamalar verib.     Sfera.az bildirir ki, Mişel Obama boşanma şayiələrin...

Saxta epidemiya ilə 8000 nəfəri xilas edən həkimin hekayəsi: Eugene Lazowski

Müharibə qəhrəmanlığı bəzən səssiz, görünməz, tibbi iynənin ucuna yazılır. Polşalı həkim Eugene Lazowski minlərlə insanın həyatını xilas edərək adını tarixə yaz...

Zaman anlayışı olmayan, mağarada yaşayan insan elm aləmini heyrətləndirdi - FOTO

Heç düşünmüsünüzmü ki, xarici aləmdən tamamilə kəsildiyiniz, saatların, günəş işığının və təqvimlərin olmadığı bir yerdə nə qədər dayana bilərsiniz? Fransız ali...

Suqovuşanda oğul anasını BIÇAQLADI

Ağdərə rayonunda bıçaqlanma hadisəsi olub. Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suqovuşan kəndində baş verib. Məlumata görə, Ələkb...