Bakıda Təhsilin İnkişafı Forumu keçiriləcək

Bakıda Təhsilin İnkişafı Forumu keçiriləcək

Oktyabrın 8-də Gülüstan sarayında 300 nəfər dövlət və özəl sektor nümayəndəsinin iştirakı ilə “Tərəfdaşlıqdan tərəqqiyə” şüarı ilə Təhsilin İnkişafı Forumu keçiriləcək.

 

Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, Kapital Bank, STP Şirkətlər Qrupu, “Bestcomp Group” və “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu, SOCAR, “British Petroleum” və “Lenovo”nun sponsorluğu ilə keçiriləcək forumun məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı, birgə dialoq üçün uyğun platforma yaratmaq və prosesə hərtərəfli dəstək göstərməkdir.

 

Forum ərzində 3 moderator və 21 spiker "Biliyi dəyərə çevirən sinerji", "Tədqiqatdan inkişafa gedən yol", "Gələcəyi gənclərə necə hazırlamalı?" panelləri üzrə müzakirələr aparacaqlar.

 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatoru olduğu “Biliyi dəyərə çevirən sinerji” panelində elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, SOCAR-ın prezidenti Rövşən Nəcəf spiker qismində, TÜBİTAK-ın prezidenti Orhan Aydın məruzəçi qismində təcrübələrini bölüşəcəklər.

 

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun moderatoru olduğu "Tədqiqatdan inkişafa gedən yol" panelində Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, “British Petroleum”un Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə spiker qismində və TÜBİTAK TEMEG-in İdarə Heyətinin üzvü, "CATALYSADE Technology Transfer and Innovation Inc" şirkətinin təsisçisi Sanem Yalçıntaş məruzəçi qismində vacib məsələlərə toxunacaqlar.

 

STP Şirkətlər Qrupunun baş insan resursları inzibatçısı Şölə Əliyevanın moderatoru olduğu "Gələcəyi gənclərə necə hazırlamalı?" panelində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, millət vəkili Fariz İsmayılzadə, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov, “NEQSOL Holding”in Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə müzakirələrdə iştirak edəcəklər.

 

Təhsilin İnkişafı Forumu ilə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.tif.az) keçid edə və sosial media hesablarını izləyə bilərsiniz:


“Facebook”: //www.facebook.com/tifbaku


“Instagram”: //www.instagram.com/tifbaku


“Linkedln”: //www.linkedin.com/company/tehsilininkisafiforumu/


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən böyük ağzına sahib qadın bacardığı möcüzələri göstərdi - FOTOLAR

Ginnesin Rekordlar Kitabının rəsmi saytı həm təəccüb, həm də heyranlıq doğuran kateqoriyada yeni dünya nailiyyətinin qeydə alındığını elan edib.   Sf...

Cennifer Lopezin yeni eşq macərası başlayır? - FOTOLAR

55 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopezin yenidən eşq yaşadığından şübhələnmək üçün paparassilərin əlinə əsaslı faktlar keçib. Belə ki, J.Lo Brett ...

Mişel Obama boşanma şayiələrinə münasibət bildirib

Keçmiş birinci xanım radio proqramlarının birində evliliyi barədə açıqlamalar verib.     Sfera.az bildirir ki, Mişel Obama boşanma şayiələrin...

Saxta epidemiya ilə 8000 nəfəri xilas edən həkimin hekayəsi: Eugene Lazowski

Müharibə qəhrəmanlığı bəzən səssiz, görünməz, tibbi iynənin ucuna yazılır. Polşalı həkim Eugene Lazowski minlərlə insanın həyatını xilas edərək adını tarixə yaz...

Zaman anlayışı olmayan, mağarada yaşayan insan elm aləmini heyrətləndirdi - FOTO

Heç düşünmüsünüzmü ki, xarici aləmdən tamamilə kəsildiyiniz, saatların, günəş işığının və təqvimlərin olmadığı bir yerdə nə qədər dayana bilərsiniz? Fransız ali...

Suqovuşanda oğul anasını BIÇAQLADI

Ağdərə rayonunda bıçaqlanma hadisəsi olub. Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suqovuşan kəndində baş verib. Məlumata görə, Ələkb...