TTKF və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri arasında görüş keçirildi - FOTO

TTKF və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri arasında görüş keçirildi - FOTO

25 sentyabr tarixində Təhsil Tələbə Krediti Fondu və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri arasında görüş keçirilib.

 

Sfera.az xəbər verir ki, görüşdə Şura üzvlərinə Fond tərəfindən 3 il ərzində görülən işlər barədə məlumat verilib.

 

Bildirilib ki, əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək olan TTKF-in fəaliyyət göstərdiyi dövr ərzində elektron portala 54 minə yaxın müraciət daxil olub, 42 mindən çox TTK müqaviləsi rəsmiləşdirilib.
 

TTKF-in İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov qeyd edib ki, Fondun fəaliyyətinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində mütəmadi təhlillər aparılır, beynəlxalq təcrübə öyrənilir. Təhsil tələbə kreditindən yararlanmış tələbə və məzunların bilik və bacarıqlarının artırılması məqsədilə təcrübə və təlim proqramlarına qoşulmasına dəstək göstərmək üçün müxtəlif özəl və dövlət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan işlər haqqında da məlumat verilib.
 

Ardınca Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərinin sualları cavablandırılıb, təhsil tələbə kreditlərinin müxtəlif aspektləri üzrə təkliflər səsləndirilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən böyük ağzına sahib qadın bacardığı möcüzələri göstərdi - FOTOLAR

Ginnesin Rekordlar Kitabının rəsmi saytı həm təəccüb, həm də heyranlıq doğuran kateqoriyada yeni dünya nailiyyətinin qeydə alındığını elan edib.   Sf...

Cennifer Lopezin yeni eşq macərası başlayır? - FOTOLAR

55 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopezin yenidən eşq yaşadığından şübhələnmək üçün paparassilərin əlinə əsaslı faktlar keçib. Belə ki, J.Lo Brett ...

Mişel Obama boşanma şayiələrinə münasibət bildirib

Keçmiş birinci xanım radio proqramlarının birində evliliyi barədə açıqlamalar verib.     Sfera.az bildirir ki, Mişel Obama boşanma şayiələrin...

Saxta epidemiya ilə 8000 nəfəri xilas edən həkimin hekayəsi: Eugene Lazowski

Müharibə qəhrəmanlığı bəzən səssiz, görünməz, tibbi iynənin ucuna yazılır. Polşalı həkim Eugene Lazowski minlərlə insanın həyatını xilas edərək adını tarixə yaz...

Zaman anlayışı olmayan, mağarada yaşayan insan elm aləmini heyrətləndirdi - FOTO

Heç düşünmüsünüzmü ki, xarici aləmdən tamamilə kəsildiyiniz, saatların, günəş işığının və təqvimlərin olmadığı bir yerdə nə qədər dayana bilərsiniz? Fransız ali...

Suqovuşanda oğul anasını BIÇAQLADI

Ağdərə rayonunda bıçaqlanma hadisəsi olub. Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suqovuşan kəndində baş verib. Məlumata görə, Ələkb...