Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək

Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək

Oktyabrın 4-də ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək. 
 

Beynəlxalq Forum Elm və Təhsil Nazirliyi, Dünya Təhsil Forumu və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və ADA Universitetinin təşkilatçılığı, “Azərbaycan müəllimi” qəzeti, Təhsil TV və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formada reallaşacaq.   
 

Əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, ekoloji təhsilə, xüsusilə təhsilin yaşıllaşdırılması ideyasına diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. 
 

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən və COP29 ideyasını özündə ehtiva edən beynəlxalq forum  “Daha təhsilli gələcək” devizi ilə baş tutacaq.
 

Forumun əsas məruzəçiləri Dünya Təhsil Forumunun direktoru Dominik Savaj ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerdir. 
 

Forum “Ekoloji savadlılıq və davranış mədəniyyəti, təhsildə yaşıl çağırışlar və öhdəliklər, yaşıl bacarıqlar strategiyası: təhsilin gələcəyi və ekoloji innovasiyalar, təhsildə liderlik və ekoloji səmərəlilik, yaşıl öyrənmə mühiti və müəllim hazırlığı, təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi” mövzularını əhatə edəcək. 
 

Forum çərçivəsində “Təhsildə hansı yaşıl çağırışlar var və bu çağırışlar hansı öhdəliklər yaradır?”, “Təbiətlə dost olan şagirdlərin yetişdirilməsi üçün hansı addımların atılmasına ehtiyac var?”, “Ekoloji savadlılıq və davranış mədəniyyətinin inkişafına təkan vermək üçün təhsildə hansı ənənəvi yanaşmaları yeni yanaşmalarla əvəz etmək lazımdır?”, “Yaşıl məktəb ideyası mövcud kurikulumlara necə inteqrasiya olunmalıdır?” sualları ətrafında müzakirələr aparılacaq. 
 

Forumda onlayn iştirakçı linkini müvafiq “WhatsApp” kanalına qoşularaq əldə edə bilərsiniz: //chat.whatsapp.com/BzS0V1ujzqB3In46HWiUb3

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən böyük ağzına sahib qadın bacardığı möcüzələri göstərdi - FOTOLAR

Ginnesin Rekordlar Kitabının rəsmi saytı həm təəccüb, həm də heyranlıq doğuran kateqoriyada yeni dünya nailiyyətinin qeydə alındığını elan edib.   Sf...

Cennifer Lopezin yeni eşq macərası başlayır? - FOTOLAR

55 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopezin yenidən eşq yaşadığından şübhələnmək üçün paparassilərin əlinə əsaslı faktlar keçib. Belə ki, J.Lo Brett ...

Mişel Obama boşanma şayiələrinə münasibət bildirib

Keçmiş birinci xanım radio proqramlarının birində evliliyi barədə açıqlamalar verib.     Sfera.az bildirir ki, Mişel Obama boşanma şayiələrin...

Saxta epidemiya ilə 8000 nəfəri xilas edən həkimin hekayəsi: Eugene Lazowski

Müharibə qəhrəmanlığı bəzən səssiz, görünməz, tibbi iynənin ucuna yazılır. Polşalı həkim Eugene Lazowski minlərlə insanın həyatını xilas edərək adını tarixə yaz...

Zaman anlayışı olmayan, mağarada yaşayan insan elm aləmini heyrətləndirdi - FOTO

Heç düşünmüsünüzmü ki, xarici aləmdən tamamilə kəsildiyiniz, saatların, günəş işığının və təqvimlərin olmadığı bir yerdə nə qədər dayana bilərsiniz? Fransız ali...

Suqovuşanda oğul anasını BIÇAQLADI

Ağdərə rayonunda bıçaqlanma hadisəsi olub. Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suqovuşan kəndində baş verib. Məlumata görə, Ələkb...