Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşaraq “bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış “yubka”larınızı gecə klublarında geyinin” deməsi müzakirələrə səbəb olub. 


Bunu bir növ kiberbullinq də adlandırmaq olar. Bəs bu kimi halların qanunla cəzası nədir?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, bununla bağlı müraciət və şikayətlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır: 


“Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır”. 

 


T.Abdullazadə qeyd edib ki, bu halda şəxsi həyata müdaxilə ilə yanaşı kiberbullinq müşahidə olunur. Çünki rəqəmsal platformadan istifadə edərək məqsədli şəkildə psixoloji təzyiq göstərilir. Vəkilin sözlərinə görə, tələbələr geyim-keçiminə fikir verməli, universitetin müəyyən etdiyi dress-kod qaydalarına hörmətlə yanaşılmalıdır:

 


“Bəzən tələbələr o qədər açıq-saçıq geyinir ki, bilmirsən oxumağa gəlib, yoxsa hansısa məqsədə xidmət edir.  Amma heç bir halda bu düşüncələr müəllimin hərəkətinə haqq qazandırmır ki, icazəsiz şəkildə tələbələrin şəklini paylaşsın. Müəllim özünü haqlı hesab edərək mental ənənələrimizi qoruduğunu düşünsə belə, qanunvericilik belə hərəkətlərə icazə vermir. Təhsil ocağında açıq saçıqlığın qarşısını bu cür qanunsuz şəkildə deyil,  ictimai qınaq, profilaktik söhbətlər və maarifləndirmə yolu ilə almaq daha doğru olardı”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Tramp İlon Maska xəbərdarlıq etdi

ABŞ prezidenti Donald Tramp bildirib ki, İlon Mask Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, ciddi nət...

Rusiya Ukrayna sərhəddində 1 000-dən çox meyit qalıb

Rusiyanın Ukraynanın həftəsonuna planlaşdırılan əsir mübadiləsini təxirə salması və cəsədlərin vətənə qaytarılması ilə bağlı iddiaları doğru deyil.   ...

Almaniyada maşın izdihamın üzərinə sürüldü - Xəsarət alanlar var

Almaniyanın şərqindəki Passau şəhərində (Bavariya federal əyaləti) naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb.   Sfera.az xəbər verir ki, bu bar...

Çinlə ABŞ ticarət danışıqları keçirəcək - Görüş yeri açıqlandı

Çin Xalq Respublikasının Baş nazirinin müavini He Lifen Böyük Britaniyada səfərdə olacaq.   Sfera.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazir...

Azərbaycan millisi Gürcüstanı məğlub etdi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununu keçirib.   Sfera.az xəbər verir ki, yığma komanda İsveç...

Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb....