Baş Prokurorluq Qəbələdəki kütləvi zəhərlənmə ilə bağlı MƏLUMAT YAYDI

Hadisə
12:26 / 16.08.2024
3971
Qəbələdə yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində 55 nəfərin zəhərlənməsi faktı ilə bağlı, sözügedən rayonun prokurorluğunda araşdırma aparılır.
Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Ülkər Abdurahmanlı