Maliyyə Nazirliyi ilə Mərkəzi Bank arasında - “Soyuq müharibə”

Maliyyə Nazirliyi ilə Mərkəzi Bank arasında - “Soyuq müharibə”

İqtisadçı ekspert Samir Əliyev ölkə prezidentinin Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılması ilə bağlı fərmanını şərh edib.

“Qafqazinfo” xəbər verir ki, ekspert bildirib ki, palata ölkənin baş tənzimləyicisi səlahiyyətinə malik olacaq. Onun sözlərinə görə, bu kifayət qədər məsuliyyətli bir dəyişiklikdir: “Bu dəyişikliyin məğzi bu gün çox aktual olan riskin həllinə - ölkənin maliyyə sektorunda dayanıqlılığın təmin edilməsinə yönəldilib. Maliyyə Nazirliyi ilə Mərkəzi Bank arasında son vaxtlar yaranmış “soyuq müharibə”, onlardan zəif olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin isə offsaydda qalması maliyyə bazarının dayanıqlığına üçün təhlükə yaradırdı. Bu baxımdan maliyyə nəzarəti institutunun yaradılması təşəbbüsünə təkcə uğurlu beynəlxalq təcrübənin tətbiqi kimi yox, həm də son aylar söz sahibinə çevrilmiş maliyyə kapitanlarının gücünü bir qədər azaltmaqla onları yerində otuzdurmaq kimi də qiymətləndirmək olar. Hər bir halda bu addımı post-neft dövründə atılmış ən əhəmiyyətli addım adlandırmaq olar. Qarşılıqlı nəzarət baxımından da siyasəti müəyyənləşdirən qurumlarla tənzimləməni həyata keçirən qurumların ayrılması dünyada uğurla sınaqdan çıxmış təcrübədir”.

S. Əliyev qeyd edib ki, dünyanın əksər ölkələrində maliyyə bazarlarını tənzimləyən müxtəlif institutlar fəaliyyət göstərir: “ Bu institutlar Mərkəzi Bank – Maliyyə Nazirliyi – ixtisaslaşmış qurum üçbucağı çərçivəsində fəaliyyət göstərir. Bu qurumlar ya paralel nəzarət funksiyasını icra edir, ya da ayrıca ixtisaslaşmış qurum bu səlahiyyətləri icra edir.

Avropa Biriyində Avropa Mərkəzi Bankı ilə yanaşı bazarlara BaFİn (Maliyyə Nəzarəti Federal İdarəsi) nəzarət edir. BaFİN bankların əməliyyatlarına müdaxilə etmir, onların fəaliyyəti üçün tənzimləyici normanı müəyyənləşdirir. Çində - Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə Komissiya və Çin Xalq bankı, Avstraliyada Qiymətli kağızlar və investisiyalar üzrə Komissiya və Rezerv Bankı tənzimləmə və nəzarət işlərini görürlər. ABŞ-da eyni zamanda bir neçə qurum - Qiymətli kağızlar və bazarlar üzrə Komissiya, Təcili birja ticarəti üzrə Komissiya və Federal Ehtiyat Sistemi (FED) məsuldur. İsveçrə və Kanada isə bu funksiyanı ayrica bir qurum icra edir”.
Ekspert vurğulayıb ki, hər bir ölkədə tənzimləmə funksiyasının həyata keçirilməsi modeli fərqlidir: “Ən geniş yayılmış model inteqrasiya olunmuş modeldir. Yəni son illər bir-birini təkrarlayan tənzimləyicilər birləşərək meqatənzimləyiciyə çevrilirlər. Dünyada maliyyə tənzimləyicilərinin əsas rolu bir qayda olaraq maliyyə institutlarının dayanıqlığını və etibarlılığını artırılması, sistem risklərini minimuma endirmək, effektiv və rəqabətli maliyyə bazarı yaratmaq, investorların və istehlakçıların hüquqlarını qorumaqdır.

Palatanın işə başlaması maliyyə bazarındakı problemləri həll edə biləcəkmi? Hələ ki, bu barədə fikir söyləmək tezdir. Çünki Palatanın səlahiyyətlər sferasından çox şey asılıdır. Yəni Palatanın funksiyaları daha çox texniki olacaq, yoxsa müəyyən normaları yaratmaq səlahiyyəti də olacaq? Bu qurum maliyyə institutlarını faktiki olaraq narazı salacaq və onları özündən asılı edəcək işləri icra edəcək.

Palatanın Mərkəzi Bankla münasibətlərinin normal qurulması çox vacibdir. Bankların taleyi, normal fəaliyyət göstərməsi, güclənməsi bu iki qurumun münasibətlərindən çox asılı olacaq. Onlar arasında gərginlik bankların zərərinə işləyə bilər. Oxşar vəziyyət sığorta şirkətlərinə münasibətdə Maliyyə Nazirliyi ilə də yarana bilər.
Bundan sonra istər sığorta, istərsə də bank bazarında baş verə biləcək gərginliyin məsuliyyəti ilk növbədə, Palatanın üzərinə düşəcək. Elə buna görə də Mərkəzi Bank və Maliyyə Naziriyi ilə müqayisədə Palata sığorta şirkətlərinə və banklara, habelə investisiya fondlarına münasibətdə daha sərt olacaq və deməli, lisenziyanı ləğv etmək halları da çoxalacaq”.


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...