Moldova diplomatı Rusiya XİN-ə çağırıldı
Dünya
19:25 / 13.08.2024
6038
Moldovanın Rusiyadakı müvəqqəti işlər vəkili Aleksandr Ketraru bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ona Ukraynaya verilən F-16-ların Moldova aerodromlarında yerləşdirilməsinin mümkünlüyü ilə bağlı yayılan xəbərlərlə bağlı narahatlıq ifadə olunub.
“Moldovanı neytral qalmağa və Ukrayna böhranının gərginləşməsinə səbəb ola biləcək addımlar atmamağa çağırırıq”, - açıqlamada bildirilir.