İran və İtaliya XİN başçıları Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR
Dünya
14:02 / 13.08.2024
3538
İtaliyanın xarici işlər naziri Antonio Tayani İran xarici işlər naziri səlahiyyətlərini müvəqqəti icra edən Əli Baqeri Kəni ilə telefonla danışıb.
Sfera.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
İranın baş diplomatı ölkənin İsraildən qisas almaq hüququnu növbəti dəfə diqqətə çatdırıb.