Rusiyada orduda xidmətə başlayan şəxslər barəsində cinayət işlərinin dayandırılması təklif olunur
Dünya
13:23 / 13.08.2024
2436
Rusiyanın Ali Məhkəməsi bir sıra cinayətlərə görə məhkum olunan və ya hazırda işləri məhkəmə baxışında olan şəxslərin Ukrayna müharibəsinə göndərilməsi müqabilində cəzadan şərti olaraq azad edilməsini təklif edir.
Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar layihəsi Ali Məhkəmənin Plenumunda müzakirəyə çıxarılıb.
Hazırda bu imkandan yalnız istintaq altında olanlar və çox az sayda cinayətlər səbəbindən cəza çəkənlər yararlana bilir. Dəyişikliyə görə, Ukraynadakı hərbi əməliyyatlarda iştirak etdiyi üçün təltif olunan şəxslər sağlamlığına və digər səbəblərə görə tərxis olunduqda cəza çəkməkdən birdəfəlik azad ediləcək.