İspaniya Ukraynaya dəstəyin davam etdiriləcəyini AÇIQLADI
Dünya
12:50 / 13.08.2024
2415
İspaniyanın Ukraynaya silah-sursat və tibbi ləvazimatlarla dəstəyi bundan sonra da davam edəcək.
Sfera.az-ın məlumatına görə, bunu adı çəkilən ölkənin səfiri Rikardo Lopes Aranda-Haqu Ukraynanın müdafiə nazirinin müavini Aleksandr Balanutsa ilə görüşdə deyib.
Nazirliyin “Teleqram” kanalındakı paylaşmda bildirilib ki, nazirlik rəsmisi dəstək üçün Madridə təşəkkür edib. O, vurğulayıb ki, İspaniya Ukraynanı hərbi texnika ilə yanaşı, həm də ixtisaslaşmış tibbi xidmətlə də təmin edir.