İsrail “HƏMAS-“ın daha bir komandirini məhv etdi - FOTO
İsrail Hərbi Hava Qüvvələri Livanın Sidon şəhəri yaxınlığında endirdiyi zərbə nəticəsində “HƏMAS” terror təşkilatının yüksək səviyyəli komandiri Samer Mahmud əl-Həcc öldürülüb. Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Sfera.az xəbər verir ki, Samer Sidon bölgəsində yerləşən Ayn əl-Hilve düşərgəsində hərbi qüvvələrin komandiri kimi fəaliyyət göstərib. O, İsrailə hücum etmək üçün terrorçuların toplanması və təlimləndirilməsinə cavabdeh olub.
Həmçinin Livandan İsrail ərazisinə doğru terror hücumlarına və raket buraxılışlarına məhz Samer Mahmud əl-Həcc rəhbərlik edib.
Qeyd edək ki, İranın yeni prezidentinin andiçmə mərasimi üçün Tehranda olan Həmas siyasi bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də İsrailin raket zərbəsi nəticəsində öldürülüb. Sonradan məlum olub ki, partlayıcılar Fələstin islamçı qruplaşmasının başçısı orada görünməzdən xeyli əvvəl qonaq evinə qoyulub.
Avqustun 1-də isə İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS terror qruplaşmasının liderlərindən biri Məhəmməd Deyfin məhv edildiyini elan edib. O, iyulun 13-də Qəzza zolağının cənubundakı Xan Yunisə hücum nəticəsində həlak olub, “HƏMAS”ın hərbi qanadının rəhbəri ilə birlikdə məhv edilib.
Aynil
Sfera.az