Ukrayna Qara dənizdə Rusiyaya məxsus qaz qurğusunu vurdu, 40-a yaxın heyət üzvü öldü -VİDEO
Dünya
17:37 / 10.08.2024
6020
Ötən gecə Ukrayna Hərbi Dəniz Qüvvələri Baş Kəşfiyyat İdarəsi ilə birlikdə Qara dənizdə Rusiyanın qaz qurğusuna hücum edib.
Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk zərbənin internetdə yayılan videosunu şərh edərkən bildirib.
O qeyd edib ki, Rusiya bu yerdən mülki gəmiçiliyə təhlükə yaratmaq məqsədilə GPS saxtakarlığı edirmiş.
Hücum nəticəsində 40-a yaxın heyət üzvünün məhv edildiyi vurğulanıb.