İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 40 minə çatdı
Dünya
17:30 / 10.08.2024
6446
Yaxın Şərqdə münaqişənin şiddətlənməsindən bəri (7 oktyabr 2023-cü il) Qəzza zolağında ölən fələstinlilərin sayı 39 790 nəfərə çatıb.
Sfera.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd olunan müddət ərzində 91 min 702 nəfər xəsarət alıb.
Son sutka saat ərzində hərbi əməliyyatlar nəticəsində daha 40 fələstinli ölüb.