Rusiya ordusunun arsenalına yeni çoxfunksiyalı Su-30SM2 qırıcıları DAXİL EDİLDİ
İrkutsk Aviasiya Zavodunun istehsalı olan yeni çoxfunksiyalı Su-30SM2 qırıcıları Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.
Sfera.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Aviatikinti Korporasiyasının (BAK) mətbuat xidməti məlumat yayıb.
“Aviasiya texnikası lazımi yer və uçuş sınaqlarından keçərək xidmət yerinə yola düşüb”, - məlumatda bildirilib.
Qeyd olunub ki, qırıcılar təkmilləşdirilmiş göyərtə radioelektron cihazları ilə təchiz olunub, aparılan modernləşdirmə sayəsində təyyarənin döyüş qabiliyyəti artırılıb.
“O cümlədən, hava hədəflərinin aşkarlanması və identifikasiya məsafəsi artıb. Döyüş təyyarələrinin silah tərkibinə bir neçə yüz kilometr məsafədə hava, yer və dəniz hədəflərini məhv etmək üçün yeni yüksək dəqiqliyə malik silahlar daxil edilib”, - BAK-dan bildirilib.