Narkobaron Xoakin Quzman Loeranın oğlu ABŞ-yə könüllü TƏSLİM OLDU

Narkobaron Xoakin Quzman Loeranın oğlu ABŞ-yə könüllü TƏSLİM OLDU

Meksikalı narkobaron Xoakin Qusman Loeranın oğlu Xoakin Qusman Lopes könüllü olaraq Amerika hakimiyyətinə təslim olub, eyni zamanda “Sinaloa” narkokartelinin yaradıcılarından biri, “El Mayo” ləqəbli İsmael Zambada da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

 

Sfera.az-ın məlumatına görə, bu barədə ABŞ-nin Meksikadakı səfiri Ken Salazar "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

 

"Xoakin Qusman Lopes könüllü təslim olub. Sübutlar El Mayonun iradəsinə zidd olaraq ələ keçirildiyini göstərir", - diplomat bildirib.

 

“Sinaloa” kartelinin yaradıcılarından biri olan İsmael Zambada iyulun 26-da Meksikadan yüngül təyyarə ilə gəldiyi Amerikanın El Paso hava limanında saxlanılıb. Onunla yanaşı, ABŞ rəsmiləri ömürlük həbs cəzası çəkən “El Çapo” (ispan dilində "qısa boylu") ləqəbli kartelin qurucusu Xoakin Qusman Loeranın oğullarından biri olan Xoakin Quzman Lopesi də həbs ediblər.

 

Salazarın açıqlamaları Meksika Prezidenti Andres Manuel Lopes Obradorun ABŞ hakimiyyətini meksikalı narkobaronların həbsi ilə bağlı bütün hallar haqqında tam məlumat verməkdən imtina etdiyinə görə tənqidindən sonra verilib.

 

ABŞ səfiri həmçinin bildirib ki, cinayətkarların saxlanılması ilə nəticələnən uçuşun təşkilində Amerikanın hakimiyyət orqanları iştirak etməyib. “Bu, bizim təyyarəmiz, pilotumuz deyil. ABŞ hakimiyyətinə uçuş planı təqdim olunmayıb", - diplomatın açıqlamasında deyilir.

 

O, həmçinin əlavə edib ki, təyyarənin pilotunun ABŞ hökuməti ilə müqaviləsi olmayıb.

 

"Bu, hər iki ölkə üçün böyük qələbədir. Suverenliyimizə hörmət prinsiplərinə əsaslanan və bu işi tərəfdaşlar kimi görməyimizə əsaslanan çox aydın işin nəticəsidir", - Salazar əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Abşeronda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - VİDEO

Zəfər Günü Abşeron rayonunda böyük coşqu ilə qeyd edilib.    Sfera.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində düşmən üzərində şanlı qələbə...

İspaniyada daşqınlardan ölənlərin sayı 223 nəfərə çatdı

İspaniyada son 30 ilin ən ölümcül daşqınlarında ölənlərin sayı 223 nəfərə çatıb.   Sfera.az xəbər verir ki, bu barədə İspaniyanın nəqliyyat naziri Os...

COP29-un media tərəfdaşları AÇIQLANDI

“FT Live”, “Project Syndicate”, “Newsweek”, “CBC” və “ANEWZ” COP29-un rəsmi media tərəfdaşları elan ...

Peskov həmin kəşfiyyat təyyarələrindən DANIŞDI: “Söz vermişdilər, amma indi…”

Kreml Finlandiya kəşfiyyat təyyarələrinin Rusiya Federasiyasının sərhədləri yaxınlığındakı bazası ilə bağlı məlumatlara reaksiya verib.   Sfera.az bi...

Rusiya və Ukrayna Ombudsmanlarının görüşü keçirildi

Rusiyada insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova və Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets Belarusda görüşüblər. &nbs...

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin an...