Anomal ulduz kəşf edildi
Florida Universitetinin astronomları ulduzların təkamülü və kimyəvi elementlərin sintezi ilə bağlı mövcud anlayışa zidd olan bir ulduz kəşf ediblər.
Sfera.az xəbər verir ki, araşdırmanın nəticələri “The Astrophysical Journal”da dərc olunub.
"J0524-0336" adlı ulduz anomal dərəcədə yüksək litium bolluğu nümayiş etdirib ki, bu da ulduz təkamülünün adi modellərinə uyğun gəlmir. Tipik olaraq, ulduzlar zaman keçdikcə litium kimi daha yüngül elementləri itirərək, karbon və oksigen kimi daha ağır elementləri əmələ gətirir. Halbuki bu ulduzda indiki mərhələdə Günəşdən 100 min dəfə çox litium olub.
"J0524-0336"nın kimyəvi tərkibini öyrənmək üçün tədqiqatçılar onun spektrini təhlil ediblər. Məlum olub ki, inkişafın son mərhələsində olan və ölçüsü Günəşdən 30 dəfə böyük olan "J0524-0336" ulduzunda anomal dərəcədə yüksək miqdarda litium var.
İnci
Sfera.az