Türkiyədə "Instagram" nə vaxt açılacaq? -NAZİR DANIŞDI

Türkiyədə "Instagram" nə vaxt açılacaq? -NAZİR DANIŞDI

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "Instagram" sosial media platformasının açılıb-açılmayacağı ilə bağlı yeni təfərrüatdan danışıb.

 

Sfera.az xəbör verir ki, bu barədə "Sondakika"a məlumat yayıb.

 

Uraloğlu açıqlamasında məsələ ilə bağlı ciddi irəliləyiş əldə olunduğunu, tələblər yerinə yetirildikdən sonra girişin təmin ediləcəyini deyib. Nazirin bu sözləri insanlar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

 

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra paylaşılan başsağlığı mesajlarının "Instagram" tərəfindən senzuraya məruz qaldığını bildirmişdi. Altunun açıqlamasından bir neçə dəqiqə sonra isə İnformasiya Texnologiyaları və Rabitə İdarəsi avqustun 2-dən etibarən milyardlarla üzvü olan məşhur "Instagram"a girişi bloklamışdı.

 

"Tam olaraq istədiyimiz nəticəni ala bilməmişik, izləyirik və fəal şəkildə danışıqlar aparırıq", - deyə Abdulkadir Uraloğlu "Instagram" rəsmiləri ilə baş tutan iclasdan sonra açıqlama verib. Onun sözlərinə görə, META şirkəti müdafiəsində ABŞ-nin HƏMAS-ı terror təşkilatı olaraq qəbul etdiyini və paylaşımların alqoritmlər tərəfindən bloklandığı ifadə edib.

 

"Instagram"a girişi niyə dayandırdıq? Kataloq cinayətləri ilə bağlı istədiyimiz addımları atmadılar. İki görüş keçirildi. Qarşı tərəfə həssas olduğumuz məqamları izah etdik. Burada bir məqamı diqqətdənkənar qoymamalıyıq, bir şirkət düşünün, onun qanunları olduğu kimi, bizim ölkənin də öz qanunları var. Bizim bəzi tələblərimizə "Şirkətimizin qanunları var" deyirlər. Amma siz bu ölkədə fəaliyyət göstərirsiniz. Bu ölkənin qanunları yoxdurmu? Əlbəttə, var. Siz də bunlara əməl etmək məcburiyyətindəsiniz. Hətta İsmayıl Haniyə ilə bağlı başsağlığı yazılarına belə icazə verilmir. Lakin ciddi irəliləyiş əldə etmişik. Tələblər yerinə yetirildikdə maneə aradan qaldırılacaq. Düşünürəm ki, çox keçmədən bizim həssaslığımızı nəzərə alacaqlar", - deyə Uraloğlu bildirib. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR

Miqrantların yaşayış icazəsi alması üçün bağlanmış nikahları ləğv ediləcək

Rusiya Daxili İşlər Nazirliyi əcnəbilər tərəfindən yaşayış icazəsi almaq üçün bağlanmış nikahları ləğv ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

İsveç Rusiyadan gələn mallara idxal rüsumlarını artırmaq niyyətindədir

İsveçin xarici ticarət və beynəlxalq inkişaf üzrə əməkdaşlıq naziri Benjamin Dusa Avstriya, Danimarka, Finlandiya, İrlandiya, Latviya, Litva, Estoniya və Polşad...

Xaçmazda qadın dəm qazından boğularaq ÖLDÜ

Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində fərdi yaşayış evinin hamam otağında gənc qadın dəm qazından zəhərlənərək ölüb.   Sfera.az xəbər verir ki, B...

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.   Sfera.az xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər i...

Müdafiə Nazirliyi yanğınla bağlı MƏLUMAT YAYDI

Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin yaxınlığındakı obyektlərdən birində yanğın baş verib.   Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən bildir...

Hər gün 5 dəqiqə idman etməyin FAYDALARI - ARAŞDIRMA

Gündə cəmi 5 dəqiqə idman etmək faydalı ola bilər.   Sfera.az bildirir ki, bununla bağlı London Universitet Kolleci (UCL) və Sidney Universitetinin ...