Hər gün 5 dəqiqə idman etməyin FAYDALARI - ARAŞDIRMA

Hər gün 5 dəqiqə idman etməyin FAYDALARI - ARAŞDIRMA

Gündə cəmi 5 dəqiqə idman etmək faydalı ola bilər.

 

Sfera.az bildirir ki, bununla bağlı London Universitet Kolleci (UCL) və Sidney Universitetinin alimləri araşdırma aparıblar.

 

Tədqiqatda təxminən 15 min insanın 24 saat ərzində aktiv fəaliyyəti izlənilib. Araşdırma göstərib ki, 5 dəqiqəlik məşqlə ürək xəstəliyi riski təxminən 10 faiz azalır.

 

“Gəzinti kimi daha az gərgin fəaliyyətlər qan təzyiqini aşağı salmağın ən təsirli yoludur. Gündə beş dəqiqə əlavə idman yüksək qan təzyiqini idarə etmək üçün güclü bir vasitədir”, - tədqiqatçılardan biri qeyd edib.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR