Parisdə 40-dan çox idmançı COVID -19-a yoluxdu
Dünya
20:42 / 06.08.2024
3509
Parisdəki Olimpiya oyunlarında 40-dan çox idmançı COVID-19-a yoluxub.
Sfera.az xəbər verir ki, bu barədə ÜST-nin nümayəndəsi Mariya Van Kerkhove Cenevrədə keçirilən brifinqdə bildirib.
“Mövsümdən asılı olmayaraq, son aylarda bir çox ölkələrdə, o cümlədən Olimpiya oyunlarında COVID-19-a yoluxma hallarında artım müşahidə olunub, burada ən azı 40 idmançıda testlər müsbət nəticə verib”, - deyə ÜST nümayəndəsi bildirib.