Aİ və İspaniyafələstinli ailələrə15,5 milyon avro AYIRDI
Avropa İttifaqı (Aİ) və İspaniya həssas fələstinli ailələrə sosial müavinətlərin ödənilməsi üçün 15,5 milyon avro ayırıb.
Sfera.az xəbər verir ki, bu barədə Aİ məlumat yayıb.
Bildirilib ki, vəsaitin 13,5 milyonunu Avropa İttifaqı, 2 milyonunu isə İspaniya ayırıb və bu maliyyə İordan çayının qərb sahilində risk altında olan 27 561 ailəyə çətin dövrlərində dəstək məqsədi daşıyır.
"Bu yardımdan çox yoxsul ailələr, ağır əlilliyi olan şəxslər və 65 yaşı keçmiş pensiya almayan şəxslər faydalana biləcəklər. Aİ Fələstin Administrasiyasının Sosial İnkişaf Nazirliyinə Nağd Köçürmə Proqramı vasitəsilə Qəzza və İordan çayının qərb sahilində ən həssas ailələrə sosial müavinətlərin verilməsində daim dəstək göstərir. Humanitar böhranın şiddətləndiyi Qəzzada Aİ bir çox humanitar kanallar vasitəsilə yardım çatdırmaq üçün Sosial İnkişaf Nazirliyi və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir", - məlumatda qeyd olunub.