Banqladeşin sabiq informasiya naziri Hindistana qaçmaq istəyərkən SAXLANILDI
Dünya
16:16 / 06.08.2024
3339
Banqladeşin poçt, telekommunikasiya və informasiya texnologiyaları üzrə keçmiş dövlət naziri Zunaid Əhməd Palak Hindistana qaçmaq istəyərkən Dəkkə Beynəlxalq Hava Limanında saxlanılıb.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə “United News of Bangladesh” xəbər portalı məlumat yayıb.
Bundan başqa, bir sıra KİV ölkənin polis istintaq şöbəsinin keçmiş rəhbəri Harun ər-Rəşidin hava limanında saxlanıldığını bildirsə də, o, xaricə getməsi ilə bağlı yayılan iddiaları təkzib edib.