Bu universitetdə evliliklə bağlı şöbə açılacaq
Dünya
12:57 / 05.08.2024
5857
Çin hökuməti doğum nisbətlərinin azalması ilə mübarizəni davam etdirir. Bu mübarizə çərçivəsində Çinin Mülki İşlər Universiteti evliliklə bağlı mədəniyyəti təşviq etmək və inkişaf etdirmək üçün "Evlilik Xidmətləri və İdarəetmə" adlı bir bakalavr proqramı açacağını açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bu payızda açılması planlaşdırılan şöbə nikah mədəniyyətini inkişaf etdirmək üçün peşəkarlar yetişdirmək məqsədi daşıyır.
Qeyd edək ki, Çinin 2016-cı ildə tək uşaq siyasətini ləğv etməsi, cütlüklərə iki uşaq sahibi olmağa icazə verməsi və 2021-ci ildə uşaq sayının üçə artırması davam edən azalmaya təsir etməyib. Məhz bu baxımdan universitetdə belə bir şöbə açmaq qərarına gəliblər.
Ülkər Abdurahmanlı