Rusiyalı deputatın sifariş verdiyi qətlin təfərrüatı məlum olub

Rusiyalı deputatın sifariş verdiyi qətlin təfərrüatı məlum olub

Rusiya Federasiya Şurasının üzvü Dmitri Savelyevin cəzaçəkmə müəssisəsində biznes ortağı Sergey İonovun qətlini sifariş etməsi ilə bağlı bəzi detallar məlum olub.

 

Sergey İonov Dmitri Savelyevin təsisçisi və senatorun oğlunun direktoru olduğu “Optomonitorinq” MMC-də 1,6 milyon rubl mənimsədiyini etiraf edib və ziyanın da bir qismini ödəyib.

 

Məhkəmə bu əməlinə görə Sergey İonovun 2,5 il azadlıqdan məhrum olunması barədə qərar verib. Ancaq ziyanın bir qismini ödəməsinə və 2,5 il azadlıqdan mərhum olunmasına baxmayaraq, Dmitri Savelyev qisas almaq niyyətindən vaz keçməyib, cəzaçəkmə müəssisəsindəki Sergey İonovun qətlinin sifarişi üçün 10 milyon rubl ödəyib. Bu, ödənilən qisim çıxıldıqdan sonra vurulan ziyanla müqayisədə 10 dəfədən çoxdur.

 

Qeyd edək ki, avqustun 2-də Federasiya Şurasının iclasında toxunulmazlığı ləğv edilən senator saxlanılıb. Dmitri Savelyev Rusiyanın Federal Penitensiar Xidmətinin keçmiş əməkdaşına Sergey İonovun qətlini sifariş verməkdə şübhəli sayılıb. Sergey İonov cəzaçəkmə müəssisəsində qətlə yetirilib, sonra isə saxta təcili yardım çağırış kartı və meyitin müayinəsi üçün protokol tərtib edilib. Bu məlumat ona çatdırıldıqdan sonra Dmitri Savelyev 10 milyon rubl (100 min dollar) qonorarı qatilə verib.//APA

 


OXŞAR XƏBƏRLƏR

Miqrantların yaşayış icazəsi alması üçün bağlanmış nikahları ləğv ediləcək

Rusiya Daxili İşlər Nazirliyi əcnəbilər tərəfindən yaşayış icazəsi almaq üçün bağlanmış nikahları ləğv ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

İsveç Rusiyadan gələn mallara idxal rüsumlarını artırmaq niyyətindədir

İsveçin xarici ticarət və beynəlxalq inkişaf üzrə əməkdaşlıq naziri Benjamin Dusa Avstriya, Danimarka, Finlandiya, İrlandiya, Latviya, Litva, Estoniya və Polşad...

Xaçmazda qadın dəm qazından boğularaq ÖLDÜ

Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində fərdi yaşayış evinin hamam otağında gənc qadın dəm qazından zəhərlənərək ölüb.   Sfera.az xəbər verir ki, B...

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.   Sfera.az xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər i...

Müdafiə Nazirliyi yanğınla bağlı MƏLUMAT YAYDI

Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin yaxınlığındakı obyektlərdən birində yanğın baş verib.   Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən bildir...

Hər gün 5 dəqiqə idman etməyin FAYDALARI - ARAŞDIRMA

Gündə cəmi 5 dəqiqə idman etmək faydalı ola bilər.   Sfera.az bildirir ki, bununla bağlı London Universitet Kolleci (UCL) və Sidney Universitetinin ...