Kral Çarlzın xaç qızı: Gözəlliyi ilə məşhur olan model
Tez-tez "dünyanın ən gözəl kral ailə üzvü" adlandırılan Yunanıstan və Danimarka şahzadəsi Mariya-Olimpia aktiv sosial həyat iştirakçısıdır. O, moda nümayişlərində tez-tez birinci sırada qonaq olur, həmişə qüsursuz üslubunu nümayiş etdirmək fürsətindən istifadə edir.
Sfera.az bildirir ki, 28 yaşlı Mariya Olimpiya Böyük Britaniya kralı III Çarlzın 33 xaç qızından biridir. Mariya deyir ki, kral onun ad gününü heç vaxt unutmur və davamlı olaraq ona hədiyyə kartları göndərir.
Qeyd edək ki, Mariya Olimpia bir zamanlar Şahzadə Harri ilə münasibəti ilə də tanınır.
Mariya Yunan kral ailəsində anadan olub. 1973-cü ildə Yunan monarxiyası ləğv edildikdən sonra babası Kral II Konstantin devrilib. Bundan sonra ailə əsasən Londonda yaşayır.
İngilis kralı ilə əlaqələrindən əlavə, Mariya Olimpia atası vasitəsilə demək olar ki, bütün Avropa kral ailələrinə qohumluq iddiası edə bilər. 2016-cı ilin may ayında Mariya Olimpianın xaç atasının oğlu və əmizadəsi Şahzadə Harri ilə romantik əlaqədə olduğu barədə şayiələr yayılıb. Lakin Britaniya kral ailəsinin sözçüsü bu iddiaları rədd edib.
Mariya-Olimpia model və bloqqer kimi fəaliyyət göstərir. 28 yaşlı gözəllik modaya olan həvəsini nənəsi və anası ilə əlaqələndirir. Mariya deyir ki, hələ 10 yaşında olarkən nənəsi ona ailə yeməyi üçün mini “Louis Vuitton” çantası borc verib. Bu, onun dəbdəbəli moda və aksesuarlara olan həvəsini artırıb. 11 yaşında o, hətta Romada ilk moda nümayişi - “Valentino”da iştirak edib. Daha sonra, 17 yaşında Olimpia məşhur Raf Simons ilə “Christian Dior Couture”da təcrübə keçib. Daha sonra Nyu-York Universitetində moda, biznes və marketinq təhsili alaraq moda bacarıqlarını inkişaf etdirib.
Geyimlərini nümayiş etdirən Mariya-Olimpia “Miu Miu” və “Aquazurra” kimi dəbdəbəli brendlər üçün reklam kampaniyalarının çarxlarını bəzəyib. Samballı modabrendləri hesab olunan “Saks Potts” və “Dolce and Gabbana” podiumuna çıxıb. Hazırda “Bulgari Roma” çanta kolleksiyasını nümayiş etdirən Mariya “Bulgari” aksesuarlarının səfiridir.
Atası, Yunanıstanın vəliəhd şahzadəsi Pavlos onu nəvazişlə fişəng qızı adlandırır. Bu ləqəb onun alovlu ruhuna görə verilib. Krallıq əlaqələrinə əlavə olaraq, Olimpianın anası da lüks uşaq geyimləri dizayneri Mariya-Chantal Millerdir.
Aynil
Sfera.az