Tərk edilmiş 127 milyon dollar dəyərindəki evlərdə vəhşi heyvanlar məskunlaşıb - FOTOLAR


Tərk edilmiş 127 milyon dollar dəyərindəki evlərdə vəhşi heyvanlar məskunlaşıb - FOTOLAR

Klipstoun şəhərində (Böyük Britaniya) heç kimin yaşamadığı uçuq-sökük yaşayış kompleksi vəhşi heyvanların məskəninə çevrilib. Bu gün bu ərazidə heç bir əlavə dekorasiya olmadan apokalipsis haqqında filmlər çəkilə bilər.


Sfera.az bildirir ki, ötən il inşaatçı “Sherwood Oak Homes” təxminən 127 milyon dollarlıq layihədən imtina edərək müflis olduğunu elan edib. 2023-cü ilin oktyabrına qədər şirkət massivdəki 313 evdən yalnız 30-nun tikintisini başa çatdıra bilib.


Yerli sakinlər bildirirlər ki, kompleksi indi nüvə silahının sınaqları üçün ideal yer adlandırmaq olar. Yaxınlıqda yaşayan kişilərdən biri oradakı mənzərələri məşhur post-apokaliptik televiziya serialı ilə müqayisə edir.


“Artıq bir neçə aydır ki, biz belə yaşayırıq, orada vəhşi heyvanlar var. Düzünü desəm, bu, kütləvi qırğın silahları üçün sınaq meydançasına bənzəyir”.


(Sherwood Oak Homes ötən il öz layihəsini taleyin ümidinə buraxaraq müflis olub).

 

Təqaüdçü dispetçer olan 76 yaşlı nənə də artıq danışılanlarla razılaşır. O, yarımçıq tikintini biabırçılıq adlandırıb.
 

"Evlər gözəldir, buna görə də belə olması ayıbdır. İndi orada iki maral, tülkü və digər heyvanlar yaşayır" - deyə o əlavə edir.


“Clipstone”da bir neçə torpaq sahəsi başqa bir şirkət tərəfindən alınıb, buna görə də tezliklə dəyişikliklər baş verə bilər.


Yeni inşaat şirkətinin direktoru Qaret Hankin:
 

"Biz öz brendimizi şəhərin bu hissəsinə gətirdiyimiz üçün çox şadıq. Bu, əlverişli şəraiti və şəhər mərkəzinə yaxın, bir neçə dəqiqəlik məsafədə yerləşən fantastik kənd yeridir”-deyə sevincini gizlətmir.




Bununla belə, insanlar kifayət qədər şübhə ilə yanaşırlar.


Adını açıqlamayan yerli sakin:


“İnanmıram ki, kimsə burada yaşamaq üçün yarım milyon funt sterlinq xərcləsin, amma yaşayıb görəcəyik" - deyə bildirib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Miqrantların yaşayış icazəsi alması üçün bağlanmış nikahları ləğv ediləcək

Rusiya Daxili İşlər Nazirliyi əcnəbilər tərəfindən yaşayış icazəsi almaq üçün bağlanmış nikahları ləğv ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

İsveç Rusiyadan gələn mallara idxal rüsumlarını artırmaq niyyətindədir

İsveçin xarici ticarət və beynəlxalq inkişaf üzrə əməkdaşlıq naziri Benjamin Dusa Avstriya, Danimarka, Finlandiya, İrlandiya, Latviya, Litva, Estoniya və Polşad...

Xaçmazda qadın dəm qazından boğularaq ÖLDÜ

Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində fərdi yaşayış evinin hamam otağında gənc qadın dəm qazından zəhərlənərək ölüb.   Sfera.az xəbər verir ki, B...

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.   Sfera.az xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər i...

Müdafiə Nazirliyi yanğınla bağlı MƏLUMAT YAYDI

Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin yaxınlığındakı obyektlərdən birində yanğın baş verib.   Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən bildir...

Hər gün 5 dəqiqə idman etməyin FAYDALARI - ARAŞDIRMA

Gündə cəmi 5 dəqiqə idman etmək faydalı ola bilər.   Sfera.az bildirir ki, bununla bağlı London Universitet Kolleci (UCL) və Sidney Universitetinin ...