"Qadınlarımızın peşə təhsilinə müraciəti çoxalacaq" - Ceyhun Kərəmov

Kateqoriya məlum deyil4905 👁️
T
"Beş ildir ki, məqsədlərimizdən biri də qadınların peşə təhsilində inkişafını artırmaqdan ibarətdir".
Sfera.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, builki hədəf qəbulun 40 faizinin qadınlardan ibarət olmasını təmin etməkdir.
"Ümid edirik ki, daha çox qızlarımız, qadınlarımız peşə təhsilinə müraciət edəcək",- C.Kərəmov qeyd edib.
Firuzə Əliyeva
