Dünyanın ən ölümcül 5 bitkisi: Bir toxumu belə.. - ADLAR

Dünyanın ən ölümcül 5 bitkisi: Bir toxumu belə.. - ADLAR
Kateqoriya məlum deyil
T
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyada 390 minə yaxın bitki növü mövcuddur. Bu bitkilərin əksəriyyəti zərərsiz olsa da bəzilərinin kiçik miqdarı belə insanları zəhərləyə, hətta öldürə bilər.

Sfera.az həmin təhlükəli bitkiləri təqdim edir.

Tütün

Ticari məqsədlər üçün yetişdirilən tütündə nikotin və anabazinə rast gəlinir. Hər il 5 milyondan çox insan tütünə görə həyatını itirir. Bu fakta görə o, dünyanın ən ölümcül bitkisi hesab olunur.

Dünyanın ən ölümcül 5 bitkisi: Bir toxumu belə.. - ADLAR

Təsbeh çiçəyi

Təsbeh çiçəyinin tərkibində öldürücü təsirə malik abrin zülalı mövcuddur. Tropik ölkələdə yetişdirilən bu bitkidən, əsasən, zərgərlik və təsbehlərin istehsalında istifadə olunur. Cızılmış, qırılmış və çeynənmiş toxumlar isə insan orqanizmi üçün zərərlidir.

Dünyanın ən ölümcül 5 bitkisi: Bir toxumu belə.. - ADLAR

Oleandr

Digər adı zakkum olan bu bitki çiçəkləri gözəlliyinə görə dekorativ bitki kimi istifadə olunur. Oleandr yemək qusmaya, ishala və səbəbsiz nəbzə səbəb olur və ölümlə nəticələnə bilir.

Dünyanın ən ölümcül 5 bitkisi: Bir toxumu belə.. - ADLAR

Xanımotu

Bu bitki çiçəkləyən dövrdə, iyun-iyul aylarında daha zəhərli olur. Tərkibində olan atropin və skopalamin maddələri bədənin iflic olmasına səbəb ola bilər.

Dünyanın ən ölümcül 5 bitkisi: Bir toxumu belə.. - ADLAR

Gənəgerçək

Gənəgerçək dekorativ bitki kimi yetişdirilir. Emal olunmuş toxumları genəgerçək yağının istehsalında istifadə olunsa da olduqca təhlükəlidir. Bir toxumu ilə uşaqları, 8 toxumu ilə isə yetişkin insanları öldürə bilər.

Dünyanın ən ölümcül 5 bitkisi: Bir toxumu belə.. - ADLAR

Ülkər Abdurahmanlı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR