Qazaxıstan rəsmisi: "Ölkəmiz COP29-a böyük ümidlər bəsləyir"

Qazaxıstan rəsmisi:

Qazaxıstan bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) böyük ümidlər bəsləyir.

 

Sfera.az xəbər verir ki, bunu Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iqlim siyasəti departamentinin direktoru Saule Sabiyeva deyib.

 

O bildirib ki, ölkəsi iqlim maliyyəsinin əsas aspektləri, tərəflərin iqlim həllinə necə nail olmaq niyyətində olduqları və ümumilikdə karbon neytrallığı üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə konsensus əldə etməyi gözləyir:

 

“Bakıda keçiriləcək COP29 Qazaxıstan üçün vacibdir. Müvafiq olaraq, biz COP29-dan, su hövzələri, ehtiyatları və Xəzər dənizində çirklənmənin monitorinqi üzrə xüsusi regional əməkdaşlıqdan mühüm nailiyyətlər gözləyirik".

 

İqlim problemlərinin həlli yollarından danışan S.Sabiyeva bildirib ki, Qazaxıstan “yaşıl iqtisadiyyat”a nail olmaq baxımından “yaşıl maliyyə” bazarının və “yaşıl taksonomiya”nın inkişafı kimi birgə regional həll yollarına ümid edir:

 

"Bu, regiona ekoloji cəhətdən təmiz məhsul istehsalına yönəlmiş investorların diqqətini cəlb etməyə imkan verəcək".

 

Tarixən Mərkəzi Asiya dünyanın iqlim dəyişikliyinə qarşı ən həssas regionlarından biri olub. Dünya Bankının məlumatına görə, 2050-ci ilə qədər regionda temperatur 4-5 dərəcə yüksələ bilər ki, bu da buzlaqların əriməsinə, su qıtlığına və torpaqların deqradasiyasına səbəb ola bilər. Buna görə də region ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə və “yaşıl iqtisadiyyat”a keçid üçün birgə səyləri davamlı inkişaf üçün çox vacibdir.(Report)


OXŞAR XƏBƏRLƏR

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...

Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Səh...

Tanınmış ilahiyyatçıdan valideynlərə ÇAĞIRIŞ: Oğlan övladlarınızı sünnət

Dini mövzularda fərqli fikirləri cəmiyyət tərəfindən çox vaxt birmənalı qarşılanmayan ilahiyyatçı Elşad Miri bu dəfə sünnətlə bağlı açıqlaması ilə qalmaqal yara...

Bir neçə ay komada qalan tələbə vəfat etdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin tələbəsi vəfat edib.   Sfera.az “Unikal”a istinadən bildirir ki...

Astroloq müjdəni verdi: Qarşıdakı 4 gün ərzində...

Astrologiyaya görə, bu gün Günəş və Uran birlikdə hərəkət edəcək. Dörd gün ərzində təsirli olacaq bu astroloji inkişaf bürclərə müsbət mənada təsir göstərəcək. ...