Tanınmış ilahiyyatçıdan valideynlərə ÇAĞIRIŞ: Oğlan övladlarınızı sünnət

Tanınmış ilahiyyatçıdan valideynlərə ÇAĞIRIŞ: Oğlan övladlarınızı sünnət

Dini mövzularda fərqli fikirləri cəmiyyət tərəfindən çox vaxt birmənalı qarşılanmayan ilahiyyatçı Elşad Miri bu dəfə sünnətlə bağlı açıqlaması ilə qalmaqal yaradıb. Belə ki, onun “Qurani-Kərim”də oğlan uşaqlarının sünnət edilməsi məsələsi yoxdur” fikri geniş müzakirələrə yol açıb. İlahiyyatçı İslamın mənbəyinin “Qurani-Kərim” olduğunu və Allahın öz kitabında sünnətlə bağlı heç nə bildirmədiyini deyib. Lakin bir çox din xadimləri, eləcə də cəmiyyətin əksər hissəsi Elşad Mirinin fikirləri ilə razılaşmayaraq, onu tənqid atəşinə tutub. Uzun illərdən sonra ilahiyyatçının belə bir qənaətlə çıxış etməsi onun şəxsi ilə bağlı da bəzi suallar yaradıb. Maraqlıdır ki, iki oğul atası olan Elşad Miri özü necə, övladlarını sünnət etdiribmi? İlahiyyatçı iki oğlan övladını doğulandan bir ay sonra sünnət etdirdiyini təəssüflə bildirib: “O zaman indiki qənaətə gəlməmişdim. İnsan araşdırdıqca fikirləri və baxış bucağı dəyişir. Hər zaman eyni fikirdə ola bilmərik. Bir neçə ildir bu qənaətə gəlmişəm. Hazırda isə böyük oğlumun 13 yaşı var. Digər övladım isə 7 yaşındadır. Hər ikisini doğulandan bir ay sonra sünnət etdirmişəm. Amma yenidən oğlan övladım olsa, sünnət etdirmərəm”.

 

Elşad Miri bəzi xalqlarda bunun adət halında həyata keçirildiyini bildirib: “Araşdırma aparıb öyrənirdim ki, yəhudilər uşaq doğulandan 8 gün sonra sünnət etdirirlər. Sonra guya Peyğəmbərin (s.ə.s) özünün sünnətli doğulduğunu rəvayətlərdə oxuyurdum. Amma öyrənəndə ki, bu, bir xəstəlikdir və Peyğəmbərin özü İslama görə deyil, sırf adət-ənənə səbəbindən sünnət edilib, həmin an fikirlərim dəyişməyə başladı. Üstəlik, “Qurani-Kərim”də bununla bağlı heç bir məlumat yoxdur və hətta Peyğəmbərin (s.ə.s) öz uşaqlarını da sünnət etdirməsinə dair məlumatlara rast gəlinmir”.

 

Elşad Miri əlavə edib ki, övladlarımızın razılığı olmadan onların üzərində cərrahiyə əməliyyatı aparmağımız doğru yanaşma deyil: “Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu məsələ ilə bağlı tədqiqatlarında sünnətin xeyir və zərərləri haqda məlumatlar yer alıb. Bütün bunların timsalında mən də belə bir nəticəyə gəldim”.

 

Müsahibimizin sözlərinə görə, sünnət yalnız həkim məsləhəti və tibbi zərurət fonunda edilə bilər: “Amma bunu adət-ənənə və İslamın şərti kimi etməyimiz doğru deyil. Birmənalı şəkildə biz övladlarımız üzərində bu cür haqq və hüquqa sahib deyilik. Həm də nəzərə almaq lazımdır ki, müəyyən yaşda sünnət edilən uşaqlar ciddi travma alırlar. Bu, həmin uşaqlara qarşı zülm deyilmi? Gələcəkdə bununla bağlı uşaqda hansısa problemlər yarana bilər. Ona görə də, insanları qəti şəkildə bundan çəkinməyə çağırıram. Digər tərəfdən, həkimlər sünnətlə bağlı elə xırdalıqları izah edirlər ki, dediklərimin həqiqət olduğuna şübhə qalmır”.

 

Konkret.az

 


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...