Blinken İsrail müxalifətinin liderləri ilə GÖRÜŞDÜ

Blinken İsrail müxalifətinin liderləri ilə GÖRÜŞDÜ

ABŞ dövlət katibi Entoni Blinken İsrail müxalifətinin liderləri ilə görüşüb.

 

Sfera.az "Times of Israel"ə istinadən xəbər verir ki, İsraildə səfərdə olan ABŞ dövlət katibi Təl-Əvivdə Benni Qantz və Yair Lapidlə görüşlər keçirib.

 

Benni Qantz "X" hesabında görüşlə bağlı paylaşım edərək bildirib ki, görüş bu gün baş tutub.

 

O, Blinkeni HAMAS-ın saxladığı israilli girovların azad edilməsi ilə bağlı razılığa gəlmək üçün danışıqlardakı vasitəçilərə “maksimum təzyiq” tətbiq etməyə çağırıb və "hökumətdən kənarda bu məsələ ilə bağlı istənilən məsuliyyətli tənzimləməni dəstəkləyəcəyini deyib: "Girovların geri qaytarılmasına səbəb olacaq istənilən məsuliyyətli planı, hətta hökumətdən kənarda da dəstəkləyəcəm.

 

Mən həmçinin dövlət katibi Blinkenə bildirdim ki, ABŞ bütün beynəlxalq ictimaiyyətlə birlikdə şimal sərhədində "Hizbullah"ın yaratdığı təhlükənin aradan qaldırılmasında mərkəzi rola malikdir və vurğuladım ki, dünya bunu edə bilməsə, İsrail dövləti şimal sakinlərini qorumaq və onların evlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün qətiyyətlə hərəkət etməkdən çəkinməyəcək", - o paylaşımında qeyd edib.

 

Xatırladaq ki, İsraildə səfərdə olan Entoni Blinken bu gün həmçinin Prezident İsaak Herzoqla, dünən isə Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant ilə görüşüb.


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...