Qəzzaya humanitar yardımın göstərilməsi üzrə beynəlxalq konfrans KEÇİRİLƏCƏK

Dünya
10:23 / 11.06.2024
3400
ABŞ dövlət katibi Antoni Blinken regional səfəri çərçivəsində İordaniyaya səfər edəcək və Qəzza zolağının əhalisinə humanitar yardımın göstərilməsi üzrə yüksək səviyyəli beynəlxalq konfransda iştirak edəcək.
Sfera.az TASS-a istinadən xəbər verir ki, tədbir Ölü dəniz sahilindəki Es-Suveymada keçiriləcək.
A.Blinkeni bu gün İordaniya Kralı II Abdullah qəbul edəcək. Qeyd edək ki, bu konfrans II Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə keçiriləcək.