"Meyvəli" bazarda meyvələrİ oğurladılar

Hadisə
18:06 / 08.06.2024
3123
Bakıda bazarda oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində müxtəlif vaxtlarda bir nəfərin 3 yeşik alçası, bir nəfərin mobil telefonu və 2 avtomobildən mobil telefonlar oğurlanıb.
Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Seyran Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, hadisə "Meyvəli" bazarda qeydə alınıb.