Rəşad Sadıqov Qurban Qurbanovu təbrik etdi - VİDEO

Rəşad Sadıqov Qurban Qurbanovu təbrik etdi - VİDEO

Futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.

 

Sfera.az xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən final matçında “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 42-ci dəqiqədə Olavio Juninyo açıb. 57-ci dəqiqə İsmayıl İbrahimli hesabı bərabərləşdirib. “Qarabağ”a kuboku qazandıran qola 62-ci dəqiqədə Abdullah Zubir imza atıb.

 

Bununla da Ağdam klubu 8-ci dəfə Azərbaycan Kubokunun qalibi olub.

 

Oyundan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu təbrik edib. 

 

 


OXŞAR XƏBƏRLƏR