Astarada 14 yaşlı uşağı yük maşını vurdu

Astarada 14 yaşlı uşağı yük maşını vurdu

Astarada yol-nəqliyyat hadisəsi olub.

 

Sfera.az “Qafqazinfo”-a istinadən xəbər verir ki,  hadisə rayonun Züngüləş kəndində baş verib.

 

Belə ki, “QAZ-66” markalı yük maşını velosipedlə hərəkətdə olan rayonun Ərçivan qəsəbə sakini 2010-cu il təvəllüdlü O. N-ni vurub.

 

Qəzada ağır xəsarət alan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR