İstanbulda çökən binanın sahibi saxlanıldı

İstanbulda çökən binanın sahibi saxlanıldı

İstanbulun Küçükçekmece rayonunda səhər saatlarında çölərək 1 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnən 3 mərtəbəli binanın sahibi və birinci mərtəbədəki dönərxananın yiyəsi saxlanılıblar.

 

Bu barədə Türkiyə meiası məlumat yayıb.

 

Həbslərin faciə ilə bağlı başladılan istintaq çərçivəsində həyata keçirildiyi qeyd olunub.

 

Qeyri-rəsmi məlumatlara görə, çökməyə səbəb məhz dönərxananın fəaliyyətinin yaşayış binasının təhlükəsizliyi normalarına uyğunsuzluğu səbəb olub. Bina sahibinin obyektdəki vəziyyətdən xəbərdar olub-olmadığı araşdırılır.

 

Xatırladaq ki, bu gün yerli vaxtla saat 08:40-da Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunun Kartaltəpə məhəlləsində üçmərtəbəli bina çöküb. Hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb


OXŞAR XƏBƏRLƏR