"Paşinyanı devirmək yalnız bu halda mümkün ola bilər..." - Rusiyalı ekspertdən AÇIQLAMA

Bir neçə müddətdir, Ermənistanda etiraz aksiyaları başlayıb. Müxalifət Paşinyanın istefasını tələb edir. Etirazçılar bir neçə magistral yolu bağlayıblar. Artıq deputatlar və KTMT-nin keçmiş sədri İqor Xaçaturovun oğlu da daxil olmaqla 240 fəal saxlanılıb. 

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı rusiyalı politoloq, Beynəlxalq Humanitar və Siyasi Araşdırmalar İnstitutunun eksperti Vladimir Bruter deyib ki, vətəndaş etirazları nəticə verməyəcək.

 

Ekspert fikirlərini bu cür ifadə edib:

 

“Onu devirmək yalnız yerli siyasi elita və təhlükəsizlik qüvvələrinin köməyi ilə mümkün olacaq. Amma Qərb istədiyi təqdirdə…Mitinqlər, etirazlar təkbaşına heç kimi devirmir. Hakimiyyət dəyişikliyinə daxili siyasi uyğunlaşmalar kömək edir. Əgər etirazçılar güclüdürsə, onlara qarşı daha aqressiv üsullarla mübarizə aparılacaq”.

 

Bruter qeyd edib ki, Ermənistanın təhlükəsizlik qüvvələri ilə əlaqəli siyasi elitanın bir hissəsi Paşinyanın getməsini istəsə, tamam başqa situasiya olacaq:

"Qərb indi Paşinyanın kənarlaşdırılmasına imkan verməyəcək. Bunun üçün siyasi elita daxilində parçalanma baş verməlidir. Biz bunu hələ görmürük”. 

 

Xatırladaq ki, artıq bir neçə müddətdir, İrəvanda Paşinyan hakimiyyəti əleyhinə etirazlar davam edir. Aksiyalar aprelin 19-da İrəvanla Bakı arasında Tavuşda sərhədin delimitasiyası ilə bağlı razılığın əldə olunmasından sonra başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüşə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyanı istefaya çağırıb, həm də görüş tələb edib.

 

Günay 


OXŞAR XƏBƏRLƏR